Çavuşoğlu Azərbaycana təşəkkür edib
Tarix: 8-02-2023, 02:12 | Çap et


Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu Azərbaycana təşəkkür edib.

APA-nın xəbərinə görə, diplomat bildirib ki, ilk yardıma gələn ölkə Azərbaycan olub.

“Hər zaman olduğu kimi Türkiyəyə ilk yardıma gələn ölkə can Azərbaycan oldu. Prezident İlham Əliyevin göndərdiyi xilasedicilər oldu. Zəlzələnin ilk saatlardan Azərbaycan xarici işlər naziri Ceyhun qardaşım da (red.-Ceyhun Bayramov) Prezident İlham Əliyevin təlimatı ilə bizə zəng etdi. Onlar ilk saatlardan hazırlıqlara başlamışdılar. Bakı vaxtı ilə 12:00-da artıq yardım və xilasedicilər yola çıxmışdı. Hamısını candan təşəkkür edirik” – nazir bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net