İdmana göstərilən diqqət və qayğının uğurlu nəticələri
Tarix: 16-01-2023, 14:51 | Çap et


Məlum olduğu kimi, yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev iştirak edib.
Dövlət başçısı cənab İlham Əliyev öz çıxışında bildirib ki, Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması və bu sahədə qazandığı uğurlar, əldə etdiyi naliyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Dünya idman arenalarında öz layiqli yerini tutan Azərbaycanın bir çox beynəlxalq yarışlara ev sahibliyi etməsi ölkəmizin tək idman sahəsində deyil digər sahələrdə də inkişafına səbəb olmuşdur. İdmançılarımızın beynəlxalq yarışlarda 300-ə yaxını qızıl olmaqla 800-dən çox medal qazandığını bildirən cənab Prezident bunun doğrudan da böyük nailiyyət olduğunu qeyd edib.
Artıq neçə vaxtdır ki, respublikamızda beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif növlər üzrə keçirilən Avropa və dünya çempionatlarına qatılaraq uğurlu nəticələr göstərirlər. Azərbaycan müxtəlif beynəlxalq idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrilir. Dövlət başçısı cənab İlham Əliyevin əksər hallarda bu yarışları əyani surətdə izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.
Dövlət başçısı öz çıxışında həmçinin bildirib ki, işğaldan azad edilmiş şəhərlərin hər birində idman qurğularının tikilməsi nəzərdə tutulub. Artıq bütün şəhərlərin baş planları təsdiq edilib. Bütün bərpa və tikinti işləri Baş Planlara uyğun aparılacaq, idman qurğularının yaradılması nəzərdə tutulub. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi hazırlanır.
Azərbaycanın müstəqillik qazandığı 31 illik dövr xalqımızın çoxəsrlik həyatında ən şərəfli dövrlərdəndir. Son illər ərzində qazanılmış çoxsaylı medallar və Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanınınıb, nüfuz qazanması ölkə idmanının əvəzolunmaz sərvətidir. Bütün bunlar Azərbaycan müstəqillik qazandığı ilk illərdə Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin uğurlu davamı və nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin digər sahələrdə olduğu kimi idman sahəsinə də diqqət və qayğısı onu göstərir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız böyük uğurlar qazanacaq.

Şəfəq İbişova
Suraxanı rayonu 76 nömrəli məktəbin direktoru




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net