Nazir “Azərbaycan İnvestisiya Şirkəti”nin investisiya portfelinin dəyərini açıqlayıb - FOTO
“2022-ci ilin sonuna “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin investisiya portfelinin dəyəri və qərar verilmiş investisiyaların məbləği 240,3 milyon manat təşkil edib”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twittter” hesabında bildirilib.
O qeyd edib ki, həmin məbləğin 76%-i ağır sənayeyə, 13%-i qida sənayesinə, 3%-i “yaşıl iqtisadiyyat”a, 8%-i isə digər sahələrə yönəldilib.
Nazir həmçinin “Azərbaycan İnvestisiya Şirkəti”nin fəaliyyətinin səmərəliliyinin artırılmasının qarşıdakı hədəflərdən biri olduğunu əlavə edib:
“Ötən il şirkətin əməliyyat xərcləri optimallaşdırılıb, əsas investisiya altportfeli və likvidlik altportfeli üzrə gəlirlilik göstəriciləri artıb”.