BQKX-ın avtomobilləri Ermənistandan Xankəndinə qayıdıb, uşaq qidası və dərman daşınıb - FOTO - VİDEO
Tarix: 25-12-2022, 13:39 | Çap et


Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistana gedən avtomobilləri Xankəndi istiqamətə qayıdıb.



Avtomobillər geri qayıdarkən yük maşını qida (uşaq qidası) və dərman/tibbi ləvazimatlar daşıyıb. Yük Xankəndi xəstəxanasına çatdırılacaq.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Azərbaycan dövləti və aksiya iştirakçıları bununla dinc erməni əhali ilə heç bir problemləri olmadığını bir daha nümayiş etdirib.

Qeyd edək ki, bu gün BQXK müraciəti əsasında ürək və onkoloji xəstələr Xankəndindən Ermənistandan Gorus rayonuna keçməsinə şərait yaradılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net