Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramının tarixi əhəmiyyəti
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlanmışdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə dərhal Təhlükəsizlik Şurasının iclası keçirilmiş, təcavüzkara adekvat cavab verilməsi istiqamətində konkret tapşırıqlar verilmişdi.
İlk gündən Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edilmişdir.
44 günlük II Qarabağ müharibəsi pandemiyanın baş verdiyi şəraitdə Azərbaycanın böyük zəfəri ilə başa çatdı. Son 200 ildə Azərbaycan müharibədən qələbə ilə öz ərazi bütövlüyünü bərpa edərək çıxdı. Öz doğma yurdlarına qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının uzun müddətlik həsrətinə son qoyuldu. Naxçıvanın 30 illik blokadasına son qoymaq üçün onun Mehri dəhlizi ilə Azərbaycanın əsas hissəsini quru yolla birləşdirilməsi istiqamətində tarixi addım atıldı. Prezidentimizin son illər apardığı məqsədyönlü xarici və daxili siyasəti öz töhfəsini verdi. Cənab Prezident İlham Əliyev həm də son 200 ildə torpaqlarımızı işğaldan azad edən yeganə Ali Baş Komandan kimi tarixə adını yazdı.
Ölkə Prezidenti Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti haqqında dünya ictimaiyyətini müntəzəm olaraq məlumatlandırdı.
Cənab Prezident İlham Əliyev dəfələrlə söyləyir ki, “Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi çalışmaq, gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.
2022-ci ilin iyulunda məcburi köçkünlərin erməni işğalından azad edilmiş Zəngilanın Ağalı kəndinə qayıdışı başladı. Ağalı kənd kimi bərpa edilmiş Ağalıya yaşayış üçün hər bir şəraitinin təmin edildiyi 60–dan çox ailə qayıtdı. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilinədək 5 Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.
Gələcəkdə Laçında hava limanının inşası nəzərdə tutulur. Bu hava limanı Füzuli və Zəngilanda açılan hava limanının davamı olmalıdır,lakin ərazilərin minalanmış olması və Ermənistan rəhbərliyinin bu ərazilərin mina xəritələrinin Azərbaycana təhvil verməməsi bərpa-quruculuq işlərinin həyata keçirilməsinə böyük maneə törədir. Müharibədən 2 il keçməsinə baxmayaraq, Azərbaycan vətəndaşları və hərbçiləri minaya düşərək həyatını itirmiş,bəziləri isə yaralanmışdır. Bütün bu çətinliklərə baxmayaraq, azad olunmuş ərazilərdə tikinti-quruculuq işləri davam etdirilir. Şübhəsiz ki, Azərbaycan dövlətinin səyləri nəticəsində yaxın illərdə dağıdılmış ərazilərimiz yenidən çiçəklənəcək, məcburi köçkünlər öz ata-baba yurdlarına qayıda biləcəklər.
Sara Hüseynova
Bakı şəhəri 278 nömrəli tam orta məktəbinin tarix müə