Türkiyə kiçik modul nüvə reaktorları almaq üçün ABŞ-la danışıqlar aparır
Tarix: 21-12-2022, 16:25 | Çap et


Türkiyə hökuməti və şirkətləri kiçik modul nüvə reaktorları almaq üçün ABŞ-la danışıqlar aparır.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Castin Fridman bildirib.

Danışıqlar baş tutsa və kommersiya sövdələşməsinə gətirib çıxarsa, maliyyələşdirmənin necə həyata keçiriləcəyi bəlli deyil.

“Türkiyə kömürlə işləyən elektrik stansiyalarından imtina etmək istəyir”, - o qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin 35-ə qədər nüvə reaktoru almasına dair tərəflər arasında müqavilə bağlanması imkanı mövcuddur: “Bu müqavilənin reallaşdırılması milyardlarla dollara başa gələcək, lakin proses kommersiya sövdələşməsinə gəlib çıxacağı təqdirdə maliyyələşmənin necə həyata keçəcəyi bəlli deyil”.

ABŞ rəsmisi onu da əlavə edib ki, Türkiyənin Energetika Nazirliyi şərh verməkdən imtina edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net