Qarabağ Böyük Qayıdışın başlanğıcında
Tarix: 21-12-2022, 16:24 | Çap et


16.11.2022–ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqram” ını təsdiq etmişdir.
Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması və.s məsələləri öz əksini tapmışdır.
İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir.
Dövlət Proqramının əsas məqsədləri ”Azərbaycan 2030: sosial- iqdisadi inkişafa dair Milli Prioritetlər” də işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı təsbit olunmuş 2 məqsəd:
1.Əhalinin dayanıqlı məskunlaşması
2.Ərazilərin iqtisadi fəaliyyətə inteqrasiyası çərçivəsində müəyyən edilmişdir.
Dövlət Proqramı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə insan kapitalının ikişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması planlaşdırılır. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi abidələrin bərpası işinin təşkili, abidələrin invertarlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Dövlət Proqramı çərçivəsində məcburi köçkünlərin qayıdışının səmərəli təşkili və hüquqi bazasının yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi, həmçinin əhali arsında məlumatlılığın artırılması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi üçün təbliğat işlərinin şaxələndirilməsi həyata keçiriləcək tədbirlərə daxildir.
Ərazilərdə tikiləcək binaların və digər obyektlərin layihələndirilməsi zamanı ərazinin potensialından asılı olaraq müxtəlif bərpa olunan enerji mənbələri üzrə qurğuların quraşdırılması nəzərə alınacaqdır.
İşğaldan azad edilmiş ərazilərin bərpa edilməsi ərazilərin bərpası zamanı ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesinin müddətinin proqnozlaşdırılandan çox davam etməsi Dövlət Proqramının əsas prioritetlərinin həyata keçirilməsi ilə bağlı çətinliklər yarada bilər. Bu sahədə digər dövlətlərin, beynəlxalq hökümət və qeyri – hökümət təşkilatlarının təcrübəsi nəzərə alınacaqdır.
Dövlət Proqramının icrasının optimallaşdırılması məqsədilə 5 illik dövrü əhatə edən Tədbirlər Planı, əldə ediləcək nailiyyətlərin qiymətləndirilməsi üzrə nəticə indikatorlarının müəyyənləşdirilməsi, müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarətin daha effektiv təşkilini nəzərdə tutur.
Bu Proqramın həyata keçirilməsi ilə Dağlıq Qarabağa həyat qayıdacaq, insanlar qayıdacaq, yüzminlərlə Azərbaycan vətəndaşı öz doğma torpaqlarına geri dönəcək, həsrət bitəcək və Azərbaycan daha da güclü olacaq. Yaşasın Azərbaycan ! Qarabağ Azərbaycandır!

Zərxanım Zülfüqarova
Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli məktəbin tarix müəllimi





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net