Azərbaycan Respublikasının ərazisinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikasının işğalına məruz qalmışdır. Bu müddət ərzində bütün şəhərlər və yaşayış məntəqələri, o cümlədən milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyatımıza güclü ziyan dəymişdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.
İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.
İşğaldan azad edilmiş ərazilərin kifayət qədər iqtisadi potensialı var. Həmin torpaqlar kənd təsərrüfatının inkişafı baxımından vacib ərazilər hesab edilir. Bir sıra rayonlarımız aqrar və sənaye potensialına malik rayonlardır. İşğaldan azad olunan rayonlar Azərbaycan iqtisadiyyatına, xüsusən də ölkənin ərzaq təminatına və ərzaq təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə verəcək.
İşğaldan azad olmuş ərazilərimizdə kənd təsərrüfatının inkişaf istiqamətlərini düzgün müəyyən etmək, kənd təsərrüfatına yararlı torpaqlardan istifadənin səmərəliliyini təmin etmək üçün torpaq örtüyünün xüsusiyyətlərini və onun kənd təsərrüfatına yararlılıq səviyyəsini nəzərə almaq olduqca vacibdir. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı ilə bağlı dövlət başçısı tərəfindən hökümətə müəyyən tapşırıqlar verilmişdir.
Erməni vandalları ekologiya sahəsində də çox böyük ziyan törətmişdilər. Arazboyu ərazilərdə müşahidələr onu göstərirki, yaşayış məntəqələrində olmuş bütün evlər, binalar, tarixi abidələr, qəbirstanlıqlar tamamilə dağıdılıb, yol kənarındakı bütün ağaclar yandırılmışdır. Prezidentin fərmanı ilə Ekologiya və Təbii Sərvətlər nazirliyi Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında monitorinqlər keçirməyə başlamışdır.
İşğaldan azad edilmiş ərazilərdə 2026-cı ilədək 34 min 500 mənzil və fərdi yaşayış evi inşa olunacaq.
Bütün bu işlərin həyata keçirilməsi üçün də ilk öncə bu ərazilərdə mina və partlamamış döyüş su¬rsatlarının aşkar ol¬unaraq zərərsizləşdi¬rilməsi işlərinə baş-lanılıb. Minatəmizlə¬nmə əməliyyatlarına əs¬asən infrastrukturun bərp¬asına xidmət edən ərazilərdən başlanılıb. Yaşayış məntəqələr¬inin salınacağı ərazilər, əkin sahələri, yol¬lar və s. minalardan təmizlənib. Hazırda da təmizləmə işləri davam etdirilir. Minatəmizləmə işləri Azərbaycan Respublika¬sının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fö¬vqəladə Hallar Nazir¬liyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilib.
İşğaldan azad olunan ərazilərdə tikinti-¬quruculuq işlərinin aparılması üçün ilk növbədə yolların yen¬idən çəkilməsi, körpü və tunellərin tiki¬ntisi xüsusi əhəmiyy¬ət daşıyır. Bu məq¬sədlə azad edilən ər¬azilərdə Prezident İlham Əliyevin tapşır¬ığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişm¬iqyaslı tikinti işlə¬ri həyata keçirilir.
Azad edilmiş ərazilər yerli və xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcək. Azərbaycan öz gücünü istər sosial, istər iqtisadi, istərsə də hərbi sahədə göstərəcək. “Böyük Qayıdış” proqramı keyfiyyətcə yeni bir həyata qayıdış olacaq.
Qulam Səfərzadə
Suraxanı RİHB-nin Zığ qəsəbəsi QİƏD üzrə nümayəndəsi