Bu gün Səudiyyə Ərəbistanının investisiya naziri, Azərbaycan və Səudiyyə Ərəbistanın arasında Müştərək Komissiyanın həmsədri Xalid ibn Əbdül Əziz Əl-Falehin başçılıq etdiyi nümayəndə heyəti Zəngilana səfər edəcək.
Vertikal.az “Report”-a istinadən xəbər verir ki, Ər-Riyaddan qonaqları gətirən təyyarə Zəngilan Beynəlxalq Hava Limanına enəcək.
Səfər çərçivəsində Səudiyyə Ərəbistanı rəsmiləri Zəngilan rayonunun Ağalı kəndinə yaradılmış “Ağıllı kənd”ə baş çəkəcəklər.
İşğaldan azad edilmiş ərazilərdə görülən işlər ərəb nazirə təqdim ediləcək.