Ekoloji terrora yox deyirik!
Tarix: 16-12-2022, 15:43 | Çap et
Ekoloji terrora yox deyirik!

2020-ci ilin 27 sentyabrından 8 noyabradək Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması məqsədi ilə keçirilən əks hücum əməliyyatı 44 gün ərzində xalqımızın möhtəşəm qələbəsi ilə yekunlaşdı. Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.
10 noyabr 2020-ci ildə bağlanmış üçtərəfli (Rusiya-Ermənistan-Azərbaycan) müqaviləsinin şərtləri tam olaraq həyata keçirilməmişdir. Xarici havadarlarına arxalanan Ermənistan “nala-mıxa” döyməkdə davam edir. Digər tərəfdən isə əzəli düşmənlərimiz olan Rusiya və İran onun silahlanmasına və terror törətməsinə yardım edir.
Müharibə bitən kimi sülhməramlı adı ilə ərazilərimizə “qonan” rus ordusunun məramının heç də sülh olmadığı zaman keçdikcə özünü daha aydın şəkildə büruzə verir.
Belə ki, bu ilin dekabr ayının 3-də Azərbaycan Respublikasının İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı ilə bağlı monitorinq keçirməyə çalışsalar da, sülhməramlılar onları öz torpaqlarımıza buraxmamışlar. Bu isə xalqımızın haqlı narazılığına səbəb olmuşdur.
Bəs xalqımız nə istəyir? Xalqımız dünya tərəfindən tanınan ərazi bütövlüyümüzün praktikada həyata keçirilməsini təmin etmək istəyir. Orada baş verən iqtisadi terrora rəvac verməyə çalışanlara, silah-sursat daşıyanlara öz etirazını bildirir. Xalqımız faydalı qazıntlarımızı vəhşicəsinə talayanlara dünya ictimaiyyətinin münasibət bildirməsini tələb edir. Biz artıq dünyaya sübut etməliyik ki, Qarabağda aranı qarışdıranlar kimlərdir. Onlar – A.Arutunyan, R.Vardanyan və bu kimi şərəfsiz ünsürlərdir. İran bu münaqişəni qızışdırmaqdadır. Son günlər İrandan 27 nəfər terrorçunun Qarabağa göndərilməsi də bunun bariz nümunəsidir.
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekoloqların etiraz aksiyası artıq bir neçə gündür ki, davam edir. Şuşa-Laçın yolunda baş tutan bu aksiya bir daha xalqımızın monolit birliyini sübut edir.
Sülhməramlıların rəhbərləri və havadarları susmağa üstünlük verdilər. Özlərini dünyaya məzlum, yazıq xalq kimi təqdim edən ermənilər isə məntiqsiz bəyanatlarla dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Torpaqlarının işğaldan azad olunması üçün üç mindən artıq şəhid verən xalqımız bugün bu talana “dur!” deməyə qadirdir. Bu yerdə Ulu Dədə Qorquddan qalma bir el misalını xatırlamaq, məncə, yerinə düşər: “Yurdumuzun başına çox bəlalar gəldi. Bu meydanda çox igidlərimiz qırıldı, amma tamam qırılıb qurtamadıq. Hələ varıq, olacağıq, artacağıq! Torpağın yurd, vətən olması üçün iki şərt lazımdır. Biri odur ki, torpağı əkib becərəsən, ikincisi odur ki, onu düşməndən qoruyasan”.
Qarabağ Azərbaycandır!

Zəkiyə Hacıyeva
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net