“Zəfər paradı, qalibiyyət yürüşü”
Tarix: 7-12-2022, 10:03 | Çap et


2020-ci il 10 dekabr Zəfər paradı. Bu parad Azərbaycanın öz gücünün dünyaya nümayişidir. Bu paradla biz öz ərazi bütövlüyümüzü təmin etdiyimizi sübüt etdik. Bəli, bu gün sizə bir ordunun paradından danışacam.
Elə bir ordudur ki, düşün! Generalı səngərdə şəhid olur. Azərbaycan xalqının 30 illik torpaq həsrətinə 44 günlə son qoyur. Bəli, müzəffər Azərbaycan ordusudur bu ordu. Mən də elə bu müzəffər ordunun Zəfər paradından söz edəcəm. Bir ölkənin tarixində paradlar böyük yer tutur. Çünki, keçirilən paradlar orda nümayiş olunan hərbi-texnika o dövlətin, onun ordusunun gücünü, qüvvətini nümayiş etdirir.
Bu keçirilən paradlar bizi qələbəyə aparan ayaq səsləri idi. Biz ayağımızı torpağa daha sağlam və möhkəm basdıq. Sanki balaca bir fidanın torpaqda böyüyüb kök atdığı kimi. Bir gün gələcəkdi bu hərbi paradları biz Zəfər paradı kimi keçirdəcəkdik. Bu arzunu, bu xəyalı hər bir azərbaycanlı öz ürəyində qoruyub saxladı. Axı o öz ordusuna və Ali Baş komandanımıza inamı itirmədi. Bax elə o gün gəlib çatdı.
10 dekabr 2020-ci il, Bakı şəhəri.. Azərbaycan xalqı Zəfər paradına hazırlaşır. Şəhərdə insan seli. O gün hər kəs orda idi. Ali Baş Komandan cənab İlham Əliyev cənabları, qardaş ölkə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, ordumuzun General- Zabit heyyəti, əsgərlərimiz, qazilərimiz. Atasının şəkli ilə meydana gələn şəhid övladları. Vətən müharibəsində həm qardaşını həm də həyat yoldaşını şəhid verən Narıngül xanım da orda idi. O gün gözlər bir anlıq Ulu Öndər Heydər Əliyevi axtardı. Axı bu günü, Azərbaycanın qələbəsini görmək onun ən böyük arzusu idi. Mən inanıram ki, o gün orda cismən olmasada Ulu Öndərin ruhu bizimlə idi. O günün qururunu yaşamaq üçün. Zəfər paradı Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etməsi ilə başladı. Sonra o böyük qürurla Vətən müharibəsində qazandığımız uğurlardan fəxrlə danışdı. Müharibədə igidlərimizin qəhrəmanlığından, qorxmazlığından, erməni ordusundakı çox saylı fərarilərdən Azərbaycan ordusunda isə bir nəfər də fərarinin olmamasından. Danışdıqlarından sonra ordumuzun hərbi heyyəti tribunanın qarşısından keçdi. Sərhədçilərimiz, dəniz piyadalarımız, kəşfiyyat dəstələrimiz Milli ordunun əsgərləri və sonda xüsusi Təyinatlılarımız. Qürurla, fəxrlə o yolu həm də şəhid olmuş yoldaşlarının əvəzindən də addımladılar. Bu elə bir görüntü idi ki, dosta sevinc düşmənə gözdağı idi. Sonra müharibədə əldə etdiyimiz düşmənə məxsus hərbi-texnika nümayiş etdirildi. Həm işlək, həm də dağıdılmış halda. Erməni rejisorunun bir zamanlar dediyi söz bu zaman yadıma düşdü: “Azərbaycan əgər bundan sonra sakit oturmasa bizim tanklar Bakıya qədər gəlib çatacaq” Bəli, bu o gün idi ki erməni tankları Bakıya gəlmişdi. Amma bizim igidlərimizin müharibədə götürdükləri hərbi qənimət kimi. Bu məncə Ermənistana verilən ən böyük cavab idi. Bəli biz 30 ildən çox torpaq həsrətimizə son qoyaraq 44 günlük Vətən müharibəsini qazandıq. Bakı şəhərində Zəfər paradımızı keçirdik. Bu qələbəni bu paradı bizə yaşadan Ali Baş Komandanımıza, Müzəffər ordumuza öz dərin minnətdarlığımızı bildiririk. Bu yolda canından keçərək həlak olan cənnətdəki 3 min şəhidimizə Allahdan rəhmət diləyirik. Qazilərimizə sağlam həyat arzu edirik.

Səidə Nəbiyeva
Bakı şəhəri 280 nömrəli tam orta məktəbin tarix müəllimi





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net