Peskov: Ukrayna ilə hazırda heç bir danışıq mümkün deyil
Tarix: 29-11-2022, 14:05 | Çap et


Ukrayna ilə indi heç bir danışıqlar mümkün deyil, çünki Kiyev onları qəti şəkildə inkar edir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin atəşkəs çağırışlarının hazırda ciddi olmadığı barədə bəyanatını şərh edərkən bildirib.

"Həqiqətən də, hazırda heç bir danışıq aparmaq mümkün deyil, çünki Ukrayna tərəfi onları qəti şəkildə inkar edir. Xüsusi hərbi əməliyyat davam edir", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Ştaynmayerin atəşkəslə bağlı istənilən çağırışların hazırda ciddi olmadığını və bunun Rusiyanın qələbəsi və düzgünlüyü anlamına gələcəyini bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net