Avropa Parlamenti Rusiyanı "terrora sponsorluq edən dövlət" elan etdikdən sonra qurumun saytı xaker hücumuna məruz qalıb.
Vertikal.az[left][/left] APA-ya istinadən xəbər verir ki, bu barədə qurumun sözçüsü Yaum Daş Tvitterdə bildirib.
Sözçü qeyd edib ki, sayt DDOS hücumuna məruz qalıb. Hadisəyə görə məsuliyyəti kremlmeylli qrup üzərinə götürüb.