Nazir Agentliyə yeni rəis təyin etdi
Tarix: 18-11-2022, 09:49 | Çap et


Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov yeni təyinat edib.

Vertikal.az “Qaynarinfo”-ya istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Nicat Əliyev Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunub.

Nicat Əliyev bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin ləğv edilən Dövlət Material Ehtiyatları Agentliyinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Hüseynov Vüqar İsfəndiyar oğlu dünən vəzifəsindən azad edilib.

Kəmaləddin Heydərovun müvafiq əmri ilə Vüqar Hüseynov vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Məlumata görə, Vüqar Hüseynovun vəzifəsindən azad edilməsinə səbəb ciddi maliyyə pozuntularının aşkarlanması olub.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net