Türk dünyası böyük bir ailədir
Tarix: 14-11-2022, 15:36 | Çap et


Bildiyimiz kimi cənab Prezident İlham Əliyev son aylarda üç dəfə Özbəkistana səfər etmişdir. Aprel ayında dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşü və noyabrda isə Türk Dövlətləri Təşkilatının IX zirvə görüşü.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmlənməsi Azərbaycan xarici siyasətinin ana xəttidir. Bəli, xəyallarımızdakı, dualarımızdakı Turançılığı və Bütöv Azərbaycan xəttini Prezident İlham Əliyev aparır! Davamlı, sistemli və uğurlu xəttlə. Zirvə görüşündəki mesajlara diqqət yetirsək görərik ki, arzularımız reallaşır-Turan qurulur!
Türk dünyası böyük bir ailədir. Bu ailə təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir, deyə İlham Əliyev bütün dünyaya bunu mesaj olaraq ötürmüşdür. Prezidentimiz, eyni zamanda qeyd etdi ki, II Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Bu təxribat sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatına başlamağa vadar etdi. Bununla yanaşı Prezidentimiz İlham Əliyev xüsusi qeyd etdi ki, əsas hədəfimiz Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhlizin açılması bütün region ölkələrinə öz müsbət təsirini göstərəcək.
Türk Dövlətləri Təşkilatı, Turan hərəkatı Azərbaycan və Türkiyə liderlərinin birgə fəaliyyətinin nəticəsidir! Bu hərəkat, qısa zaman kəsiyində dünyanın hər yerində yaşayan azərbaycanlıların diqqətini cəlb edib. Bu onların bəlkə də açıq-aşkar dilə gətirməyə çəkindikləri ən əsas arzularıdır.
Vətən müharibəsi zamanı Ali Baş Komandanımız İlham Əliyev “Şuşasız olmaz!” demişdir. Zirvə toplantısındakı çıxışında da sanki “Cənubi Azərbaycansız olmaz!” mesajını verdi və 50 milyonluq Azərbaycan Türkünün haqqını ən yüksək tribunadan səsləndirdi.
Təbriz Azərbaycandır!
Mən Prezidentimiz İlham Əliyevi “Türk dünyasının son fatehi” adlandırardım.


Nüşabə Abbasova
Suraxanı rayonu B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəbin tarix müəllimi





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net