Azərbaycanlılar noyabrın 15-də Fransa Senatının qarşısında aksiya keçirəcəklər
Tarix: 12-11-2022, 19:31 | Çap et


Noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qətnamə müzakirə olunacağı gün azərbaycanlılar aksiya keçirəcək.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, aksiya Fransa Senatının qarşısında baş tutacaq.

Xatırladaq ki, 3 oktyabr 2022-ci il tarixində Fransa Senatında ölkəmizə qarşı qətnamə layihəsi təqdim edilib. Senatın 6 üzvünün hazırladığı və baxılması 15 noyabr tarixinə təyin edilən qətnamə layihəsində Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək” çağırışı yer alıb, ölkəmiz Beynəlxalq Cinayət Məhkəməsi ilə təhdid edilib.




Xəbərlər
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net