44 günlük Vətən müharibəsində qazanılan Zəfərin ikinci ildönümü təntənəli şəkildə qeyd edilir.
Vertikal.az Oxu.Az-a istinadən xəbər verir ki, bu münasibətlə Bakıda üç istiqamət üzrə yürüş keçirilir.
Üçüncü istiqamət üzrə yürüş başlayıb.
Hərbi orkestrin müşayiəti ilə başlayan yürüş Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı marşrutu üzrə davam edəcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabrda imzaladığı sərəncəma əsasən, 8 noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd olunur.