Müdafiə naziri: Türkiyənin Azərbaycana hərbi-texniki, təlim-təchizat sahəsində tam dəstəyi davam etdirilir
Tarix: 7-11-2022, 21:58 | Çap et


Türkiyənin Azərbaycana hərbi-texniki, təlim-təchizat sahəsində tam dəstəyi davam etdirilir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada Zəfər Bayramına həsr olunmuş “Qardaşlığımızın Zəfəri” adlı tədbirdə çıxışı zamanı bildirib.

“Bizim Rusiya ilə (Ağdamda – red.) müştərək mərkəzimiz fəaliyyət göstərir, biz işimizi gecə-gündüz Azərbaycanlı qardaşlarımızlan tam koordinasiyalı şəkildə davam etdiririk. Şuşa bəyannaməsi isə bizim münasibətlərimizdə ən vacib addımlardan biri oldu, ortaq addım və niyyətlərimiz burada yer aldı. Azərbaycan və Türkiyənin Ermənistana uzatdığı sülh əlinin nə qədər vacib olduğunu onlar tərəfindən anlamaları lazımdır”, - Akar vurğulayıb.




Xəbərlər
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net