Bu gün Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək - YENİLƏNİB
Tarix: 7-11-2022, 10:42 | Çap et


Bu gün ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN sözçüsü Tvitter səhifəsində bildirib.

Qeyd edilib ki, Amerika tərəfinin təşəbbüsü ilə noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, ABŞ dövlət katibi Entoni Blinken və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında üçtərəfli görüş keçiriləcək.

6 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqton şəhərinə səfəri başlayıb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsi məlumat yayıb.

Səfər çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri ilə görüşün keçirilməsi nəzərdə tutulub.




Xəbərlər
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net