MM-də dinləmədə “Qazilər haqqında” qanunun qəbulu təklif olunub
Tarix: 1-11-2022, 12:56 | Çap et


“Qazilər haqqında” qanunun qəbuluna ehtiyac var”.

Vertikal.az APA-ya istinadən bildirir ki, bunu bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin “Parlament – QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda təşkil etdiyi ictimai dinləmədə Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.

O bildirib ki, bu gün bədənində qəlpə olan qazilərə əlillik verilmir: “Qanunda bunu dəyişmək lazımdır. Qanunları qəbul edəndə qazi məsələsinə xüsusi diqqət etmək lazımdır. İsraildə əsgərliyə gedən oğlanları və qızları 3 il pulsuz oxudurlar. İsraildə yaralanan əsgərlərə isə ömrünün axırına kimi pensiya verirlər. Bu təcrübələr öyrənilməlidir. Qazilər bizim üçün şərəfdir. Qanun qəbul edəndə onları nəzərə almaq lazımdır”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net