Azərbaycan Bakı Limanının ötürmə qabiliyyətini artırmaq istəyir
Tarix: 24-10-2022, 15:46 | Çap et
Azərbaycan Bakı Limanının ötürmə qabiliyyətini artırmaq istəyir

“Biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyirik”.

Vertikal.az “Report”-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi görüşdən sonra mətbuata verdiyi birgə bəyanatda deyib.

“Artıq bütün göstərişlər verilib və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır”, - dövlət başçısı bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net