“Vedomosti”: Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilə bilər
Tarix: 24-10-2022, 10:01 | Çap et


Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilə bilər.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Vedomosti” nəşri məlumat yayıb.

Diplomatik mənbənin “Vedomosti”yə bildirdiyinə görə, Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək üçtərəfli görüşün təşkilinə hazırlıq gedir.

Başqa bir mənbə isə nəşrə bildirib ki, üçtərəfli danışıqlar oktyabrın sonunda keçirilə bilər.

Görüşün məkanı kimi Moskva və Soçi şəhərlərinin adı çəkilir.

“Çox güman ki, danışıqlar Soçidə keçiriləcək”, - deyə “Vedomosti” nəşri yazıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 25-də Soçidə Valday Diskussiya Klubunun plenar iclasında iştirak edəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net