XİN: Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır - VİDEO
Tarix: 23-10-2022, 23:55 | Çap et


2020-ci ildə Qarabağ müharibəsindən indiyədək 262 nəfər mina qurbanı olub.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “Twitter“ səhifəsində paylaşım edib.

“Ermənistan tərəfindən basdırılmış minanın daha bir fəsadı. Tərtər rayonunda minanın partlaması nəticəsində 26 yaşlı mülki şəxs yaralanıb. Təəssüf ki, onun hər iki ayağı amputasiya olunub. 2020-ci il müharibəsinin sonundan bəri mina qurbanlarının sayı 2️62 nəfərə çatıb. Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır!”,- deyə paylaşımda bildirilib.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net