Borrel və Mirzoyan Ermənistana gedəcək Aİ missiyasının detallarını müzakirə ediblər
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
Vertikal.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Diplomatlar Praqada əldə olunmuş razılaşmaya uyğun fəaliyyət göstərəcək Aİ-nin Azərbaycan-Ermənistan sərhədinin Ermənistan hissəsində mülki missiyasının səlahiyyətləri, fəaliyyəti və yerləşdiyi yerlə bağlı məsələləri müzakirə ediblər.