Baş Prokurorluq: Gəncənin raketlə vurulmasına görə təqsirli şəxslərin cavab verməsi üçün bütün tədbirlər görülür
Gəncə şəhərinə edilən raket hücumları ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunda 3 cinayət işi başlanaraq istintaq aparılır.
Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun bəyanatında bildirilib.
Qeyd olunub ki, təqsirli şəxslərin Azərbaycan qanunları qarşısında cavab vermələri üçün zəruri bütün tədbirlər görülür.
Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən sülh və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş hüquqi məsuliyyət tədbirlərini görməyə çağırır.