Baş Prokurorluq: Azərbaycan hərbçilərinin diri-diri boğazının kəsilməsi, üz dərisinin soyulması faktları var
Tarix: 10-10-2022, 12:34 | Çap et


“Vətən müharibəsi dövründə Azərbaycana təhvil verilmiş çoxsaylı hərbi qulluqçularımızın nəşləri tərəfimizdən ekspertizadan keçirilib. Həmin nəşlər üzərində xüsusi qəddarlıq, amansız rəftar əlamətləri, bir neçəsinin diri-diri boğazının kəsilməsi, üz dərisinin soyulması, qulaq seyvanlarının, burunlarının kəsilməsi kimi qəddarlıqların şahidi olmuşuq”.

APA-nın xəbərinə görə, bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə keçirilən “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib.

Nemət Əvəzov deyib ki, cinayət işlərinin faktlarında bu materiallar öz təsdiqini tapır: “Niyə bunlara reaksiya vermirlər? Çünki ikili standartlar buna imkan vermir”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net