“Qarabağ” – “Olimpiakos” oyununun biletləri satışa çıxarılıb
Tarix: 9-10-2022, 13:52 | Çap et
“Qarabağ” – “Olimpiakos” oyununun biletləri satışa çıxarılıb

"Qarabağ"ın Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün biletlər satışa çıxarılıb.

Vertikal.az Oxu.Az-a istinadən verilən məlumata görə, qiymətlər müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, Iticket.az-ın satış məntəqələrindən (onlayn satış), Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən almaq olar.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net