BP ilə Qarabağdakı “yaşıl enerji” layihəsinə əsasən burda əldə olunan enerji Abşerona transfer ediləcək.
Vertikal.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Şəhərsalma Forumunda energetika nazirinin müavini Elnur Soltanov deyib.
“Yəni Abşeronda Qarabağda istehsal olunan “yaşıl enerji”dən istifadə olunacaq”, - o əlavə edib.
Elnur Soltanovun sözlərinə görə, 2030-cu il üçün milli prioritetlər arasında yaşıl mühit və ölkənin yaşıl böyüməsi var, eyni zamanda, “yaşıl enerji” məkanının yaradılması hədəflənib: “Bu prioritetlər də 2 beş illik plan əsasında reallaşacaq. Azərbaycanın külək enerjisi ilə bağlı 3000 MW, günəş enerjisi ilə bağlı 23 000 MW, bio enerji ilə bağlı 380 MW, mini-hidro ilə bağlı potensialı 520 MW-dır. Ofşor enerji potensialımız isə 157 GW-dır. Azərbaycan neft ölkəsidir, qaz ixrac edir, həm də külək enerji potensialı var. Bu isə o deməkdir ki, Azərbaycan həm də bərpaolunan enerji ixrac edən ölkə olaraq digər ölkələrə də enerji ixrac edə bilər”.