Ulu Öndərimiz-Xilaskar Prezidentimiz
Tarix: 4-10-2022, 08:14 | Çap et


1992-ci ilin yayında Azərbaycan Xalq Cəbhəsi – Müsavat cütlüyü ölkədə hakimiyyəti ələ ala bildi. Lakin tezliklə məlum oldu ki, bu hakimiyyətin davam etməsi Azərbaycan Respublikasının müstəqilliyini təhlükə qarşısında qoyur. Belə bir vaxtda Azərbaycanın 91 nəfər tanınmış ziyalısı “Səs” qəzeti vasitəsi ilə dahi lider Heydər Əliyevə müraciət edərək ölkəni yaranmış ağır durumdan çıxartmaq üçün ondan kömək istədi.
Ümummilli liderimiz bu çağırışa oktyabrın 24-də cavab verdi və mövcud ictimai-siyasi durumu ciddi şəkildə təhlil edərək yaranmış ağır vəziyyətdən çıxış yollarını göstərdi. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda Ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə də Ulu öndərin başçılığı ilə öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Bu dövrdə Heydər Əliyev xalqı yaxınlaşmaqda olan fəlakətlərdən qurtarmaq üçün iqtidara, siyasətçilərə düzgün yol göstərməyə çalışırdı. Lakin mövcud iqtidar bu məsləhətlərdən düzgün nəticə çıxara bilmədi. Siyasi böhran ölkəni parçalanma və vətəndaş müharibəsi həddinə çatdırdı. Çıxış yolu tapmayan iqtidar Heydər Əliyevdən kömək istəməyə məcbur oldu. Ulu öndər vətəndaş müharibəsinin qarşısını almaq üçün düşünülmüş siyasi tədbirlər həyata keçirdi, yaranmış siyasi böhrandan çıxmağın yollarını müəyyənləşdirdi.
1993- cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bu tarix xalqımızın həyatında yeni bir dövrün başlanğıcını qoydu. Ona görə də həmin gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev mütləq səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu öndərin yenidən Respublikanın rəhbərliyinə geri qayıtması ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Andiçmə mərasimi zamanı Heydər Əliyev bir daha bildirdi ki, “Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Ulu öndərin 1993-cü ilin oktyabrda Prezident seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverənliyinin təmin olunması əsaslı şəkildə surətləndi. Xalq başa düşdü ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətə gəlsəydi Azərbaycan 20 Yanvar və Xocalı faciələrini yaşamazdı, Laçın və Şuşa xəyanətləri baş verməzdi, nəhayət müstəqilliyimiz bu ağrılı və əzablı yollardan keçməzdi. Ulu öndər nəhəng siyəsətçi idi. Məhz bu keyfiyyətinə görə o “siyasət nəhəngi”, “siyasət qrosmeysteri” şöhrətini qazanmışdır. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub-saxlanılması və möhkəmləndirilməsi, beynəlxalq siyasətdəki uğurlarımız, ölkə daxilindəki sosial-iqtisadi, tərəqqi kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır. Onun uzaqgörən, müdrik siyasəti nəticəsində milli dəyərlərimiz ümumbəşi ideyalarla daha da zənginləşdi, ilk milli Konstitusiyamız qəbul edildi., ölkədə vətəndaş cəmiyyəti formalaşdı. Şərqdə ilk dəfə Azərbaycanda ölün cəzası ləğv edildi. 1994-cü ildə Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramına qəbul edildi. Avropa Şurası Parlament Assambleyasının siyasi məsələlər üzrə 2000-ci il 3 may tarixli iclasında qeyd edilmişdi ki, Azərbaycan rəhbərliyi ölkənin Avropa standarlarına çatması üçün son dərəcə böyük səylər göstərir. Bu ölkədə rəhbərliyin və xalqın azad, çiçəklənən cəmiyyət qurmaq əzmi heyranlıq doğurur. 70 illik sərt rejimdən sonra Azərbaycan keçmişin irsindən əl çəkə bilmişdir və suveren, hüquqi dövlət qurur.
Ulu öndərin qurucusu olduğu müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki rolunun artması sahəsində də mühüm işlər görüldü.
1995- ci ildə Azərbaycan Respublikası “Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” konvensiyaya qoşuldu. 1998-ci ildə isə Qadın Problemləri üzrə Dövlət komitəsi yaradıldı.
Qərbə inteqrasiya yolunu tutan Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti Bakı-Tiflisi-Ceyhan neft və Bakı-Tiflisi-Ərzurum qaz kəmərinin çəkilişini reallığa çevirdi. 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi.
Ümummilli Liderin hakimiyyətə qayıtması nəticəsində bütün hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, korrupsiya və rüşvətxorluğa, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olunmuş “qanunun aliliyi” prinsipi reallaşmışdır.
Ulu öndərin təşəbbüsü ilə 1998-ci ildə KİV üzərində senzura ləğv edildi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi həyata keçirildi. Respublikada Konstitusiya Məhkəməsi və Ombudsman təsisatı yaradıldı.
Uğurlu xarici siyasət nəticəsində Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların imzaladığı kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşula bildi, bir çox dövlətlər və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarına çıxarılması layihələrini həyata keçirilməsini təmin edə bildi.
Torpaqlarımızn bədnam qonşularımız tərəfindən işğalı faktını beynəlxaq təşkilatların gündəliyinə də məhz Ulu öndərimizin bitib-tükənməyən fəaliyyəti nəticəsində gətirmək mümkün oldu. O, bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamə və bəyanatların qəbul olunmasına müvəffəq olmuşdu.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ulu öndərimizin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev təməlini Heydər Əliyevin qoyduğu böyük siyasəti uğurlar həyata keçirir. Onun yeritdiyi tarazlaşdırılmış daxili və xarici siyasət insanların daha firavan və xoşbəxt yaşamasına, respublikamızın müstəqilliyinin möhkəmləndirilməsinə və torpaqlarımızın işğaldan azad edilməsinə yönəlmiş dahi lider Heydər Əliyev siyasətinin davamıdır.


Dadaş Əliyev
281 nömrəli tam orta məktəbin direktoru, 32 saylı Suraxanı III seçki dairəsi dairə seçki komissiyasının üzvü








Xəbərlər
 
 
 
 
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net