Ermənistan Baş naziri Nikol Paşinyan bəzi ölkələrin, o cümlədən müttəfiqlərin öncədən sifariş olsa da, yüz milyonlarla dollar dəyərində silahı tədarük etməkdən imtina etdiyini deyib.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o bu barədə hökumətin iclasında deyib.
“Yüz milyonla dolların ödənilməsinə baxmayaraq ölkələrin, o cümlədən müttəfiqlərin silahı tədarükü öhdəliyini icra etməməsi halları var. Bu ağır reallıqdı və biz situasiyanı dərindən analiz etməliyik”, - Paşinyan söyləyib.