KİV: Hindistan Ermənistana 245 milyon dollarlıq silah-sursat tədarük edəcək
Tarix: 29-09-2022, 11:19 | Çap et


Hindistan Ermənistanla çoxlu sayda raket, reaktiv mərmi və sursatların ixracına dair müqavilə imzalayıb.

APA “Economic Times”a istinadən xəbər verir ki, müqavilə bu ayın əvvəlində iki ölkənin hökumətləri arasında imzalanıb.

Müqavilələrin ümumi məbləği tam olaraq açıqlanmasa da, yaxın aylarda Ermənistana təqribən 245 milyon ABŞ dolları məbləğində silah göndəriləcək.

O da qeyd olunub ki, Hindistan ilk dəfə olaraq “Pinaka” çoxlüləli reaktiv atış qurğularını ixrac edəcək, hansı ki, bu qurğular Hindistan ordusunun arsenalında yer alır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net