Əflatun Amaşov: "Jurnalistlərin VII qurultayından bu yana Mətbuat Şurasına 1615 şikayət daxil olub" - FOTO
Tarix: 24-09-2022, 10:38 | Çap et


"Azərbaycan Jurnalistlərinin VII qurultaydan bu yana ümumilikdə Mətbuat Şurasına 1615 şikayət daxil olub".

APA xəbər verir ki, bunu Jurnalistlərin VIII Qurultayında keçmiş sədr Əflatun Amaşov deyib.

O qeyd edib ki, bu şikayətlərin 963-ü dərhal həllini tapıb:

"Digər 652 şikayətin 520-si komissiya tərəfindən həll edilib. 132 şikayət isə həll edilmək üçün idarə heyətinə təqdim edilib".



Sentyabrın 24-də Bakıda Azərbaycan jurnalistlərinin VIII qurultayı işə başlayıb.

APA xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib. Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin hesabatı dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Ümumilikdə 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib.

Qurultayda Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.

Səsverməyə uyğun olaraq, qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək. Daha sonra 3 nəfərdən ibarət Mandat komissiyası da formalaşdırılıb.

Ardından 9 nəfərlik Say komissiyası yaradılıb və qurultay öz işinə başlayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net