Türkiyənin səhiyyə naziri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
Tarix: 22-09-2022, 09:07 | Çap et


Türkiyənin səhiyyə naziri Fahrettin Koca və Azərbaycanın səhiyyə naziri Teymur Musayev Fəxri xiyabanı ziyarət edib.

APA xəbər verir ki, ulu öndər Heydər Əliyevin və oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarına tər güllər düzülüb, əklil qoyulub və əziz xatirələri dərin ehtiramla yad edilib.

Daha sonra rəsmilər Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət ediblər. Azərbaycanın müstəqilliyi uğrunda canından keçənlərin əziz xatirəsi yad olunub.

Qeyd edək ki, türkiyəli nazir 21-22 sentyabr tarixlərində Bakıda keçirilən Azərbaycan–Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisində iştirak etmək üçün Azərbaycanda səfərdədir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net