Şanxay Əməkdaşlıq Təşkilatı və onun Azərbaycan üçün əhəmiyyəti
Tarix: 21-09-2022, 10:26 | Çap et


Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılmış beynəlxalq səviyyəli reqional təşkilatdır. Təşkilat yaranarkən Rusiya, ÇXR, Hindistan, Qazaxıstan, Qırgızıstan, Pakistan, Tacikistan və Özbəkistan daxil olmaqla 8 üzvdən ibarət idi. Lakin qurumun Səmərqənd Sammitində İraqın tamhüquqlu üzv kimi qəbul edilməsi nəticəsində, hazırda ŞƏT üzvlərinin 9 olmuşdur. ŞƏT-ə müşahidəçi dövlətlər isə Əfqanistan, Belarus və Monqolustandır.
Məlumdur ki, sürətli dəyişiklik əsrindəyik. Sülhün, sabitliyin qorunması üçün daim inkişafda olan iqtisadi münasibətlərin dinamik dəyişikliyi üçün, ictimai-siyasi tarazlığın bərqərar olması üçün beynəlxalq təşkilatların əhəmiyyəti böyükdür. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı da beynəlxalq səhnədə nüfuzunu artırmağa, təhlükəsizlik və həmçinin iqtisadi sahədə öz sözünü deyərək əhəmiyyətli qurum kimi nüfuz qazanmağa davam edir.
Hətta Şanxay Əməkdaşlıq Təşkilatı potensial imkanları və əhəmiyyətinə görə “Böyük yeddilik” ilə müqayisə də edirlər. Təşkilatın bir beynəlxalq qurum kimi əhəmiyyəti onun hər hansı bir bloklara qoşulmama siyasətinə əhəmiyyət verməsi, digər dövlətə və beynəlxalq təşkilata qarşı yönəlməməsidir.
Azərbaycan da Şanxay Əməkdaşlıq Təşkilatı əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan ŞƏT-lə əməkdaşlığı möhkəmlətmək və iqtisadi-siyasi sferada ortaq maraqları genişləndirməkdə maraqlıdır.
Azərbaycan və Şanxay Əməkdaşlıq Təşkilatı 2016-ci ildən əməkdaşlıq edir. Azərbaycanın Şimal Cənub, Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşməsi, inkişaf edən nəqliyyat infrastrukturumuz bu Təşkilat üçün də mühüm əhəmiyyətə malikdir.
Səmərqənd şəhərində keçirilən Sammitdə cənab Prezident İlham Əliyevin çıxışında qeyd etmişdir ki, - Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkə üçün faydalı olacaq.
Cənab Prezident, həmçinin Qarabağ munaqişəsinin həllinin reqionumuz üçün nəqliyyat-kommunikasiya sahəsində yeni inkişaf imkanları yaratdığını nəzərə çatdırıb.
Şanxay Əməkdaşlıq Təşkilatının ölkəmiz üçün digər bir əhəmiyyəti Azərbaycanın haqq səsini dünyaya çatdırılması baxımından çox vacib bir platforma olmasıdır.
Bunun sübutu elə Prezident İlham Əliyevin Səmərqənd sammitində çıxışında özünü göstərdi. Dövlət başçımız Ermənistanın yaxın günlərdə Azərbaycan-Ermənistan sərhəd zonasında törətdiyi təxribat ilə əlaqəli ictimaiyyətə geniş məlumat verdi. Prezident İlham Əliyevin çıxışında onu da qeyd etnmişdir ki, - Cari ilin 13 sentyabr tarixində Ermənistan Azərbaycan dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşma prosesinə böyük zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Diqqət etmək lazımdır ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti təkcə adlarını çəkdiyimiz həmsədr ölkələr tərəfindən deyil, aparıcı qərb dövlətləri tərəfindən də izlənilir. Hal-hazırda həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olduqca önəmli məsələdir və Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı zamanı bu imkanlardan məharətlə istifadə etməyi bacarır.
Beləliklə, ümumi nəzər yetirərək sonda qeyd edə bilərik ki, ŞƏT-ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın maraqlarına tam uyğundu və ölkəmizin beynəlxalq münasibətlərdə özünə yeni yol açaraq siyasi, iqtisadi və həmçinin digər mühüm məsələlərdə daha da güclənməsi deməkdir.

Əminə Əliyeva
Suraxanı rayonu 84 №-li tam orta məktəbin tarix müəllimi






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net