Britaniyadakı soydaşlarımız Ermənistanın Londondakı səfirliyi qarşısında piket keçiriblər
Tarix: 17-09-2022, 09:59 | Çap et


Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın Londondakı səfirliyi qarşısında icazəli piket keçiriblər.

Vertikal.az BAKU.WS'ya istinadən xəbər verir ki, piket iştirakçıları Ermənistan silahlı qüvvələrinin ölkəmizlə dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribata etiraz edib, mədəni irsimizin dağıdılması, Azərbaycan ərazilərində minaların basdırılması və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıb, siyasi dairələrin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.

Piketdə "Ermənistan hücum edir, Azərbaycan sərhədlərini qoruyur!”, "Ermənistan sülhə yox deyib, müharibəni seçir!”, "Azərbaycan ədalət tələb edir!”, "Ermənistan, minalanmanı dayandır!”, "Minalar mülki insanları öldürür!”, "Azərbaycan torpaqlarının minalanması müharibə cinayətidir!” kimi şüarlar səsləndirilib, işğalçı siyasətə son qoyulması, bölgədə sülhün bərqərar olması üçün çağırışlar edilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net