Ukrayna əsgərləri Xarkov vilayətinin Kupyansk şəhərini tamamilə azad edib.
VERTİKAL.AZ BAKU.WS-ya istinadən xəbər verir ki, bu barədə KRAKEN (Ukraynanın könüllü hərbi birliyi) bölməsinin komandiri Sergey Veliçko teleqram kanalında yazıb.
O bildirib ki, şəhərin sol sahilindən düşmən darmadağın edilib.
"Yaxşı əlaqələndirilmiş hərəkətlər nəticəsində KRAKEN bölməsi Oskol çayını uğurla keçdi və qüvvələrimizə düşməni şəhərin sol sahilindən çıxarmağa imkan verdi", - deyə Veliçko yazıb.
KRAKEN bölməsinin komandiri qeyd edir ki, Oskolun sol sahilində hərbçilərin əks-hücum əməliyyatı uğurla davam edir.