Hibrid avtomobillər üzrə ƏDV-dən azad olma əlavə 1 il artırılacaq
Tarix: 16-09-2022, 09:50 | Çap et


İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üzrə ƏDV-dən azad olma əlavə 1 il artırılacaq.

Vertikal.az APA'ya istinadən xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb. Bildirilib ki, bu, 2023-cü il üzrə gəlirlər üzrə siyasətin əsas istiqamətlərindən biri olacaq.

Eyni zamanda dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq 01.01.2023- cü ildən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus hüquqi şəxslər özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq əmlak və torpaq vergilərindən azad olunması nəzərdə tutulur.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net