Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümü münasibəti ilə Tvitterdə paylaşım edib.
APA-nın xəbərinə görə, paylaşımda deyilir: “Dostumuz, qardaşımız, ayrılmaz parçamız olan Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü təbrik edirəm. Əvvəl olduğu kimi indi də haqlı mübarizəsində Azərbaycanlı qardaşlarımızın yanında olacağıq”.