Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Ramil Usubova zəng edib
Tarix: 14-09-2022, 17:21 | Çap et


2022-ci il sentyabrın 14-də Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubova telefonla zəng edib.

Bu barədə APA-ya Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətindən bildirilib.

O, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatlarla bağlı xalqımıza dəstəyini və həmrəyliyini ifadə edərək, hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar başsağlığı verib.

Ramil Usubov başsağlığına və qardaş dəstəyinə görə Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibinə minnətdarlığını bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net