Kür çayı boyu kəndlərin su təminatı üçün 13 milyon manat xərclənəcək
Tarix: 9-09-2022, 09:48 | Çap et


“Azərsu” ASC Neftçala rayonunun Kür çayı boyu yerləşən kəndlərinin su təminatının yaxşılaşdırılması işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

"APA-Economics" dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi Protean Construction ASC seçilib.

Qalib şirkətlə 13 milyon 100 min 161 manatlıq müqavilə bağlanılıb. Müqaviləyə əsasasən, "Protean Construction" bu ilin sonuna kimi işləri yekunlaşdırmalıdır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net