Beynəlxalq səyyahlar Füzuli şəhərində olub - FOTO
Tarix: 9-09-2022, 09:45 | Çap et


Beynəlxalq səyyahların növbəti dayanacağı Füzuli şəhərinin mərkəzi olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, qonaqlara şəhərin işğal zamanı dağıdılmış binaları göstərilib. Bildirilib ki, on minlərlə azərbaycanlı erməni işğalı zamanı məcburi köçkün düşüb.



Qeyd olunub ki, köçkünlərin böyük əksəriyyəti evlərinə qayıtmaq arzusundadırlar.

Tur rəhbəri Araz İmanov qonaqlara dağıdılmış mərkəzin qarşı tərəfində yeni şəhər mərkəzinin əsası qoyulduğu tikinti ərazisini də göstərib.

Beynəlxalq səyyahlar Füzulidəki məscidini ziyarət ediblər.



APA-nın Qarabağ bürosunun məlumatına görə, tur rəhbəri Araz İmanov səyyahlara Merdinli kəndindəki dağıntılar barədə məlumat verib.

Xüsusilə qeyd edib ki, işğal müddətində azərbaycanlıların qəbirləri və məscidləri dağıdılıb.

Qeyd edək ki, dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veleyin başçılıq etdiyi nümayəndə heyəti Füzulidən öncə Ağdam və Şuşa şəhərində də olublar.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net