Zakir Həsənovu hədəfə alan polkovnik HƏBS OLUNA BİLƏR - TƏFƏRRÜAT
Tarix: 7-09-2022, 09:46 | Çap et
 Zakir Həsənovu hədəfə alan polkovnik HƏBS OLUNA BİLƏR - TƏFƏRRÜAT

Ehtiyatda olan polkovnik Elnur Məmmədov məhkəməlik olub.

VERTIKAL.AZ-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, o, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ittiham olunur.

Bakı Hərbi Məhkəməsində keçiriləcək prosesə hakim Elbəy Allahverdiyev sədrlik edəcək. Polkovnik Məmmədovun təqsiri sübuta yetirilərsə, onu iki ilədək müddətə islah işləri və ya üç ilədək həbs cəzası gözləyir. Məhkəmənin hazırlıq iclası sentyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, Elnur Məmmədov son günlərdə sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovu tənqid edib, bir sıra iddialar irəli sürməklə gündəmə gəlmişdi. Müdafiə Nazirliyi isə açıqlama yayaraq, E.Məmmədovun nazirliklə bağlı iddialarını yalanlamışdı.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net