Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Tarix: 3-09-2022, 14:10 | Çap et


Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Atom enerjisi üzrə Beynəlxalq Agentliyin Zaporojye AES-ə missiyasının təşkilində Rusiyanın konstruktiv rolunu qeyd edib.

Tərəflər taxıl sazişinin gedişatını da müzakirə ediblər.

Putin və Ərdoğan Rusiya və Türkiyə arasında ikitərəfli münasibətlərdən də danışıblar və Ərdoğan Mixail Qorbaçovun vəfatı ilə bağlı başsağlığı verib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net