Macarıstan Azərbaycandan yaşıl enerji almağı planlaşdırır
Tarix: 25-08-2022, 13:51 | Çap et


Ukraynada altı aydır davam edən müharibə və ona qarşı sanksiyaların cavablandırılması nəticəsində Avropada ciddi enerji böhranı yaranıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət məsələləri üzrə naziri Peter Siyarto öz “Facebook” səhifəsində paylaşım edib.

Mövcud vəziyyət yeni enerji mənbələrinin kəşf edilməsinin və onların təchizata daxil edilməsinin vacibliyini açıq şəkildə göstərir. Bu baxımdan bir (qısa-ortamüddətli perspektivdə yeganə olmasa da, lakin ən mühüm) tərəfdaş Azərbaycandır, hansı ki, bu yaxınlarda imzalanmış Aİ-Azərbaycan enerji sazişi (enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu – red.) tərəfindən dəstəklənir.

“Münasibətlərimiz tamamilə strateji xarakter daşıyır, tez-tez fikir mübadiləsi aparılır və bu gün həmkarım, Azərbaycanın energetika naziri Pərviz Şahbazovla telefon danışığım zamanı da belə oldu. O, məni böyük bir təşəbbüslə tanış etdi, buna görə də biz tez bir zamanda razılığa gəldik. Azərbaycan böyük həcmdə yaşıl elektrik enerjisi istehsal edəcək, o, Gürcüstana, oradan isə dənizaltı boru kəməri ilə Rumıniyaya çatdırılacaq. Bu gün biz razılaşdıq ki, Macarıstan bu genişmiqyaslı plana qoşulacaq, çünki layihənin Aİ dəstəyini alması üçün ən azı iki üzv ölkənin iştirakı lazımdır. Bu yolla qismən istifadə etdiyimiz, qismən də tranzit marşrutu kimi xidmət edə biləcəyimiz yaşıl elektrik enerjisi ölkəmizə daşına bilər”, - paylaşımda bildirilib.

Onun sözlərinə görə, investisiya üç-dörd il ərzində həyata keçirilə bilər və belə bir sxemin həyata keçirilməsi Macarıstanı karbon neytrallığı məqsədlərinə çatmağa daha da yaxınlaşdırar. Yaxın vaxtlarda saziş layihəsi əldə olunacaq və maraqlar üst-üstə düşərsə, detallar tərəflər arasında tez zamada razılaşdırıla bilər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net