Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Bu barədə "APA-Economics"ə "Azərsu"dan bildirilib. Məlumata görə, buna səbəb magistral su kəmərində qəza baş verməsidir. Bildirilib ki, hazırda “Azərsu” ASC-nin briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq.