İslamiada: Azərbaycan medalların sayını 58-ə çatdırdı - FOTO
Tarix: 15-08-2022, 11:37 | Çap et
İslamiada: Azərbaycan medalların sayını 58-ə çatdırdı - FOTO

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 10-cu yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 58-ə yüksəlib.

“Report” xəbər verir ki, medallardan 18-i qızıl, 22-si gümüş, 18-i bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında dördüncü pillədə qərarlaşıb.

İlk üç mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 209 (79 qızıl, 73 gümüş, 57 bürünc), İran 94 (32 qızıl, 24 gümüş, 38 bürünc) və Özbəkistan 86 (27 qızıl, 24 gümüş, 35 bürünc) medalla qərarlaşıb.



İndiyədək ümumilikdə 56 ölkədən 42-si medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 11 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), aerobika (2 qızıl, 3 gümüş), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), qılıncoynatma (1 gümüş, 2 bürünc), həndbol (1 gümüş), üzgüçülük (1 gümüş), ağırlıqqaldırma (3 bürünc) və para-oxatmada (2 bürünc) əldə edib.

Xatırladaq ki, avqustun 13-də Azərbaycan medal sıralamasında beşinci mövqedə idi.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net