2022-ci ilin 6 ayı ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 21 812 müvəqqəti yaşama icazəsi, 1222 daimi yaşama icazəsi, 4912 iş icazəsi verilib.
Dövlət Miqrasiya Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 13 655 əcnəbinin müvəqqəti olma müddəti uzadılıb.
Olduğu yer üzrə qeydiyyata alınanların sayı isə 105 540 nəfər olub.