Əli Əsədov Kvemo Kartli bölgəsinin qubernatoru ilə görüşüb
Tarix: 13-07-2022, 13:32 | Çap et


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 13-də Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Doxturişvili ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

Şəhərlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynadığı bildirilib. Bu baxımdan Gürcüstan nümayəndə heyətinin səfəri çərçivəsində iki ölkənin şəhərləri arasında imzalanacaq qardaşlaşma haqqında memorandumların önəmi vurğulanıb.

Həmçinin Azərbaycan ilə Gürcüstan arasında ticarət-iqtisadi, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika və bir çox digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net