Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin müşavirəsi ADA Universitetində keçirilən Bakı sessiyasını yekunlaşdırıb.
APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter“ səhifəsində paylaşım edilib.
Qeyd edilib ki, 9 iyul tarixində diplomatik müşavirə mədəniyyət paytaxtımız Şuşa şəhərində davam edəcək.