“Azəriqaz” ödəniş səviyyəsi üzrə yüksək göstərici əldə edib
Tarix: 8-07-2022, 11:25 | Çap et


Bu ilin yanvar-iyun aylarında "Azəriqaz" İstehsalat Birliyi 4 509 mln. kubmetr qaz qəbul edib ki, bu da illik müqayisədə 329 mln. kubmetr çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

R. Əliyev onu da qeyd edib ki, hesabat dövründə ümumi qazpaylayıcı şəbəkəsi üzrə itkilərin azalma tempi 80 mln. kubmetr və 3 faiz bəndi təşkil edib.

Bununla yanaşı, yanvar-iyun aylarında istifadə edilmiş qaz üzrə ödəniş səviyyəsi 105%-ə yaxın təşkil edib (əhali – 103%, qeyri-əhali – 106%), bu da illik müqayisədə 18 faiz bəndi çoxdur.

“Bu il, 2022-ci ilin ilk altı ayında biz rekord yığım səviyyəsi əldə etdik”, - deyə, Ruslan Əliyev qeyd edib.

İB rəsmisinin sözlərinə görə, hesabat dövründə "Azəriqaz" üzrə 27 917 yeni abonent qeydə alınıb, onlardan 26 696 əhali, 1 221-i isə qeyri-əhali abonentlərinin payına düşüb.

Ruslan Əliyev əlavə edib ki, iyul ayının 1-ə olan məlumata görə, “Azəriqaz” üzrə ümumi abonentlərin sayı 2 470 256 təşkil edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net